“Qarabağ” FK Marko Yankoviçlə müqaviləni yeniləyib.
Prosport.Az xəbər verir ki, klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma 2 il müddətinə uzadılıb.
Monteneqrolu mərkəz yarımmüdafiəçisinin yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Ötən ilin yayından Ağdam komandasında çıxış edən Marko Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

