Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında IX tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda səfərdə autsayder "Rudeş"lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan Mahir Emreli 26-cı dəqiqədə başla fərqlənməyə yaxın olub. Bununla belə, Mahir 38-ci dəqiqədə başla komandasının 2-ci qolunu vurub. O, görüşün 58-ci dəqiqəsində başla komandasının 5-ci qolunun ötürməsini də edib. 26 yaşlı hücumçu İsveçrə millisinin, Almaniyanın "Bayer", "Borusiya" (Mönxenqladbax), "Hamburq" kimi klublarının sabiq forvardı Yosip Drmiçin het-trikini rəsmiləşdirməsinə məhsuldar ötürmə ilə kömək edib. Mahir 73-cü dəqiqədə digər hücumçu Antonio Marinlə əvəzlənb.
Bu nəticədən sonra "Dinamo" turnir cədvəlində 16 xalla (7 oyun) 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla (8 oyun) "Xayduk" başçılıq edir
Xatırladaq ki, Mahir Emreli bu mövsüm Xorvatiya çempionatında bundan əvvəl meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

