Futbol üzrə İsveç çempionatında XXIV turun görüşləri keçirilir.
Prosport.Az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub. Stokholm derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 53-cü dəqiqədə Oskar Faleniusla əvəzlənib.
Qeyd edək ki, 40 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

