Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Artıq hər komanda bizi ciddi qəbul edəcək" – Şahin Diniyev
    24.09.2023 22:31:45

    "Səbail" Azərbaycan Premyer Liqasının VII turunda doğma meydanda "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. 

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

    – Demişdim ki, bizim üçün ən çətin oyun olacaq. Rəqib ağır komandadır. Taktiki sxemi düzgün qurmaq çox çətindir. Oyunun gedişində hər şey dəyişir. 2-ci qolu vursaydıq, daha asan olacaqdı. Futbolçularıma təşəkkür edirəm. Ağıllı oynayaraq nəticə qazandılar. Eyforiyaya qapılmamalıyıq. Komandanın oyunu bizə gələcəyə ümidlə baxmağa əsas verir.

    – Bu, "Səbail"in ən yaxşı dönəmidir?
    – Potensialımız var. Bu gün Pedru Nunu, Yusif Nəbiyev və David Qomis zədəli halda oynayırdı. Tam formada deyillər. Bundan da yaxşı oynaya bilərik. Biz birlikdə güclüyük, 1 futbolçudan asılı deyilik.

    – Komanda artıq 2-ci pillədədir. Zirvədə qalmaq mümkün olacaq?
    – Tam əminliklə deyə bilərəm ki, eyforiya yoxdur. Mən buna imkan verməyəcəyəm. Yuxarı çıxmaq asandır, orada qalmaq çox çətindir. Artıq hər komanda bizi ciddi qəbul edəcək. Bəlkə də kimlərinsə gözləmədiyi yerdəyik. Ərzurumda toplanışda olanda anladım ki, bu futbolçularla nəsə etmək olar. Avrokuboklarda oynamağı söz verməmişəm. Bacardıqca yuxarılarda olmağa çalışacağıq.

    – Zədəli futbolçuları oynatdığınıza görə düşünmək olar ki, ehtiyat qüvvə zəifdir. Transfer pəncərəsi bağlıdır. Əvəzedici heyətdən əsas komandaya cəlb etmək istədiyiniz oyunçular var?
    – Stabil heyətin varsa, stabil oyunun da olacaq. Stabilliyi qorumağa çalışırıq. Bəli, əvəzedici heyətdən 4 futbolçu götürmüşük. Onları yavaş-yavaş hazırlayırıq. Qələbədən sonra nəyisə dəyişmək istəmirəm. Bir şeyi də demək istəyirəm. Şəhriyar Rəhimovun ölümündən sonra bu komanda çox əziyyət çəkdi. Hər qələbədən sonra düşünürəm ki, kaş o da bunu görərdi. Uğurumuza o qədər sevinərdi ki... Məğlubiyyətlərdən sonra çox əziyyət çəkirdi.

    – Şəhriyar Rəhimovun vəfatından sonra komanda məğlub olmayıb...
    – Şəhriyarın forması həmişə bizim paltardəyişmə otağında asılır. 13 nömrə oradadır. Şəhriyar bizimlədir, Şəhriyar getməyib. 13 nömrəli forma heç kimə verilməyib.

    – Ötən mövsüm çətin idi, yoxsa bu mövsüm?
    – 27 ildir məşqçilik fəaliyyətindəyəm. Ötənilki 5 aylıq fəaliyyətim kimi ağır dönəm olmayıb.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved