Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kəpəz"in etdiyini əvvəl "Şamaxı" edirdi" – Murad Musayev
    24.09.2023 21:01:01

    "Sabah" Azərbaycan Premyer Liqasının Vll turunda doğma meydanda "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib. 

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Demək olar ki, rəqibdən hər cəhətdən üstün idik. Oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqibin heç 1 qol fürsəti olmadı, amma heç nədən 2 qol vurdular. Bu da əlbəttə ki, bizim problemimizdir. Təhlil edəcəyik.

    – Nicat Mehbalıyev haradadır?
    – Əvəzedici komanda ilə məşq edir.

    – Səbəb nədir?
    – Bu suala rəhbərlik cavab verməlidir.

    – Rəqib oyunçuların tez-tez yerdə qalmasına etiraz edirdiniz. Artırılan 8 dəqiqə sizi qane etdi?
    – Əlbəttə ki, hakimlikdən ümumiyyətlə məmnun deyiləm. Rəqib futbolçular oyunun bərpasını gecikdirirdilər, yerdə uzanırdılar. Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək. 1 xal üçün bunları etmək düzgün deyil. Mənim komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib başqa işlə məşğul olaram. Futboldan zövq almaq lazımdır. 1 il əvvəl eyni şeyləri "Şamaxı" edirdi. Bəlkə də bu cür davranışlar etməsəydilər, I Liqaya düşməzdilər.

    – "Qarabağ"la matçdan sonra demişdiniz ki, 1 qələbə motivasiyamızı yüksəldəcək. "Kəpəz"lə görüşdə bunu bacarmadınız. Bu durum sizi qorxutmur?
    – Qorxudur. 

    – Bəs nə düşünürsünüz?
    – Düşünürəm ki, bu gün qələbə qazanmalıydıq, amma bunu edə bilmədik.

    – Yusif İmanovda bəlkə arxayınlıq olub. Buna görə onu ehtiyatda saxladınız?
    – Rəqabəti daha da artırmaq üçün belə qərar verdik. Çünki Yusif rahatlaşmışdı. Ona limitə görə imkan verdik, oynadı. Məğlubiyyətin günahkarı sadəcə Rüstəm Samiqullin deyil.

    – VAR-a baxılanda sanki, köməkçinizə dediniz ki, penalti yoxdur...
    – Çox qəribə bir hal idi. Penalti epizodunda hakim 2 metrdən görmürdü ki, VAR-a gedirdi? İnqilab Məmmədov həmişə bizim oyunda hakim olanda özündən nələrsə çıxarır. İstəməzdik ki, bu hakim bizim matçlara təyinat alsın.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved