Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən biz sözün dəyərini ucuzlaşdırırıq" – Azər Məmmədov
    24.09.2023 20:32:19

    "Kəpəz" Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib. 

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bilirdik ki, çox çətin oyun olacaq. Üzərimdə hərtərəfli təzyiq var idi. Premyer Liqada qalmaq uğrunda mübariza aparırıq. Evdə son məğlubiyyətdən sonra "istefa" şüarları səslənmişdi. Bilirdik ki, "Sabah" çox sürətli komandadır. Rəqibi təhlil etmişdik. 1 xal bizim üçün çox önəmlidir. Azarkeşlərə təşəkkür edirəm. Bu heç-heçə bizim üçün dönüş nöqtəsi olacaq. Evdəki məğlubiyyət seriyasını "Qəbələ" ilə matçda dəyişməyə çalışacağıq.

    – Aktivinizdəki 5 xalı güclü rəqiblərlə oyunlarda qazanmısınız. Digər rəqiblərlə oyununuzun alınmamasının səbəbi nədir?
    – Bir yandan sevindirici haldır ki, "Kəpəz" güclü komandalara qarşı yaxşı oyun nümayiş etdirir. Ancaq təəssüf edirəm ki, bizə yaxın olan rəqiblərə Gəncədə məğlub oluruq. Öz səhvlərimizdən olan məğlubiyyətlərdir. Çatışmazlıqları axtarırıq.

    – "İstefa" şüarları komandaya təsir edir?
    – "İstefa" şüarı bir az mənfi obraz yaradır. Amma bu kəlmənin çox böyük dəyəri var. Bəzən biz sözün dəyərini ucuzlaşdırırıq. Lazımlı və lazımsız yerlərdə "istefa" şüarı işlədilir. 6 turdan sonra yeni qurulan komandanın baş məşqçisinin istefası tələb olunursa, mən deməyə söz tapmıram. Hər "istefa" şüarından sonra kimsə istefa verəcəksə, bu, o insanın zəifliyidir. Mən zəif adam deyiləm. İnanıram ki, yaxşı işlər görəcəyik.

    – Tərlan Əhmədovun dönəmində Gəncədə bir neçə cəbhə var idi. İndi də eyni vəziyyətdir?
    – "Kəpəz"də fərqi yoxdur bakılı işlədi, yevlaxlı və ya gəncəli işlədi. Kimin bacarığı varsa, işləmək onun haqqıdır. Gəncəli və ya bakılı olduğuna görə kiminsə istefası tələb olunursa, bunun qəti şəkildə əleyhinəyəm. Cəbhəyə gəlincə, düşünürəm ki, Gəncədə işləmək çətindir. Amma hər şeyə rəğmən, "Kəpəz"in baş məşqçisi olmaq çox qürurvericidir. Ağır olduğunu bura gələndə bilirdim. Mən qorxaq adam deyiləm, bacardığımı etməyə çalışacağam.

    – "Kəpəz"in sərgilədiyi oyun sizi qane edir?
    – Arxaya boylansaq, görərik ki, biz də məğlubiyyətləri qapıçı səhvlərinə görə almışıq. Bu, futboldur. Abdullahi Şuaybu qapıçının üstünə getməsəydi, səhv olmayacaqdı. Oyuna gəlincə, hər komandanın maksimal gücü var. Etiraf edim ki, hazırda komandam "bir nömrə" oynamaq gücündə deyil. Ona görə də çalışırıq ki, xallar qazanıb Premyer Liqada qalaq.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved