“Sabah” braziliyalı futbolçusu İqor Qabriellə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin fevralında “Sabah”a keçən İqor Qabriel 2022/2023 mövsümünün ilk yarısını Belarusun “Dinamo” (Minsk), 2-ci dövrəsini isə Ukraynanın “Lvov” klubunda icarə əsasında keçirib.

