Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heyətin genişliyi ilə bağlı problemimiz var" – Rəşad Sadıqov
    23.09.2023 23:08:49

    "Zirə" Azərbaycan Premyer Liqasının Vll turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib. 

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

    – Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potensialının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün çox fərqli idi. Bu bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib 1 xal qazandıq.

    – Evdə xal itirdiniz. Nəticə sizi razı saldı?
    – "Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda istər "Neftçi", istər digər komandalar motivasiyalı və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünkü "Neftçi"ni nəzərə alsaq, 1 xal qazandıq.

    – Rəqib baş məşqçi Adrian Mutu hakim səhvlərini qeyd etdi, xüsusən də penaltinin olmamasını dedi..
    – Mənə penalti kimi gəldi. Epizodu dinamik şəkildə görmədik. Yuri Matias oyunçumuzun ayağından basırdı. Bizə qarşı belə epizodlarda hətta qırmızı vərəqə də olub.

    – Salifu Suma bu gün özünə bənzəmirdi. Çempionat uzundur. Sizcə, komandaya yeni transferlər lazımdır?
    – Komandada çox mövqe güclənməlidir. Filipe Paxtmann zədələnir, əvəzinə İlkin Muradovu buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filipe çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Suma isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki, həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi.

    – "Qarabağ"dan Qaspar Panaderonu transfer etmək istəmisiniz?
    – Xeyr. Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Yeqor Boqomolski üçün də "Neftçi"yə müraciət etmişdik. Sadəcə onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm ki, bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çaılışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin.

    – İssa Cibrilanı son anda dəyişmək istəmədiniz. Səbəb nə idi?
    – Bəli, fikrimi son anda dəyişdim. İsmayıl İbrahimli göstərdi ki, ayağı ağrıyır. Zədədən gəlmişdi, amma 90 dəqiqə meydanda saxladıq. Bu düz deyil, amma etdik. İsmayılı dəyişdik, risk etmək istəmədik. İssanı buraxaraq, əks-hücumlarda effektli olmağa çalışdıq. Amma İsmayıl əvəzetmə istəyirdi deyə, onu dəyişdik.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved