Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Uduzan digər komandalar da var, onlar haqda heç kəs yazmır" – Adrian Mutu
    23.09.2023 22:55:58

    "Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda səfərdə lider "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. 

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

    – Bugünkü oyuna görə futbolçularımı təbrik etmək istəyirəm. Düşünürəm ki, hakimlərin verdiyi sərt qərarlar oyunu gətirib bura çıxardı. Həmin epizoda baxdım, öz baxış bucağımdan deyə bilərəm ki, Yuri Matias topa toxunur, sonra təbii hal olaraq rəqibə toxunur. Qaça bilməzdi. Penalti səhv qərardır. 7 oyunda qapımıza 3-cü penaltidir ki, təyin olunur. Ardıcıl 2 matçdır ki, 11 metrlik cərimə zərbəsi verilir. Son 2 oyunda qapımıza ancaq penaltidən qol vurulur ki, bu məni narahat edir. Bu haqda ölçü götürülməlidir.

    – Azarkeşlər sosial şəbəkələrdə gələn legionerlərdən, komandanın oyununundan narazılıq bildirir...
    – Azarkeşlərin sosial şəbəkələrdəki şərhləri haqda bir şey deyə bilmərəm. Bizi dəstəkləyən, bura gələn fanatlara təşəkkür edirəm. O azarkeşlər ki, hər zaman stadiona gəlirlər, bizi dəstəkləyirlər. Onlara deyə bilərəm ki, proses gedir, yeni komanda qurulur. Hamı başa düşməlidir ki, yeni oyunçular var, hərəsi bir ölkədən gəlib. Məsələn, Lukas Melano Argentinadan gəlib. Azərbaycan və Argentina fərqli ölkələrdir. Bir az vaxt lazımdır ki, oyunçuların hamısını balanslaşdırım. Böyük layihədir, başa düşməliyik ki, istədiyimiz güclü "Neftçi"ni qurmaq üçün əzmkar iş görməliyik, emosional işin üzərində qurmalı deyilik. Dediyim kimi, böyük prosesdir, inanmaq lazımdır. Uğura qısa yolla gedib çıxmaq olmaz. Bəzən nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun. Bu azarkeşlər yaxşısına layiqdir. Ölkədə yeniyəm, amma "Neftçi" daha çox sevilməlidir. Xüsusən də mətbuatda. Uduzuruq, deyirlər komanda pis oynayır, qalib gəlirik, deyirlər ki, Mutu Qara Qarayevlə mübahisə edib, dalaşıb. "Sumqayıt"la oyundan sonra mətbuatda məqalə çıxır ki, Qara Qarayevlə mübahisə etmişəm. Niyə belə edirlər? Uduzan digər komandalar da var, onlar haqda heç kəs heç nə yazmır.

    – Hücumçularınız nə vaxt qol vuracaq?
    – Bu məsələ məni də çox narahat edir. İstəyərəm ki, hücumçularımız qol vursun. Hər oyunda qapımıza penalti olur. Ən azından 2 qol vurmalıyıq.

    – 11 rəsmi oyundur ki, əsas heyəti tapmağa çalışırsınız, fərqli "11-lik"lər olur. Nə vaxt istədiyiniz ideal "11-liy"inizi tapacaqsınız?
    – Yalnız 2 aydır ki, komandaya gəlmişəm. "Neftçi"yə gələndə komanda Rusiyada toplanışda idi. Gəldim, heyəti tam tanımırdım. Yeni oyunçular cəlb etməyə başladıq. Avropa Konfrans Liqasında mübarizə aparırdıq, məcbur komandanı ora hazırlamalıydıq. Vaxt lazımdır.

    – Komandaya yeni gətirilən idman direktoru Yens Andersonla görüşmüsünüz? Nə dərəcədə faydalı olacaq?
    – Ümid edirəm ki, komandaya xeyri olacaq. Bakıda deyil. Qayıtdıqdan sonra görüşümüz olacaq.

    – Transfer çalışmaları bitib, yoxsa davam edir?
    – Xeyr. Yeni oyunçu axtarışında deyilik. Əlimizdə olanlara vaxt vermək istəyirik ki, bir-birilərinə uyğunlaşsınlar.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved