Türkiyə l liqasında VI turun oyunları davam edir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin də formasını geyindiyi “Tuzlaspor” “Boluspor”la qarşılaşıb. Bəxtiyarın komandası rəqibinə 1:2 hesabı ilə uduzub.
Bəxtiyar Həsənalızadə meydana start heyətdə çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Tuzlaspor” 3 xalla turnir cədvəlində 17-ci pillədədir.

