Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, komandanı Vinçenso Montella çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
İtaliyalı mütəxəssis bu vəzifədə dünən istefaya göndərilən Ştefan Kuntsu əvəz edib.
Qeyd edək ki, Vinçenso Montellanın son iş yeri "Adana Demirspor" olub.

