“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, “köhlən atlar” ilk turda Bakıda Norveç “Molde”si ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
H qrupunun digər matçında Almaniya “Bayer”i İsveç “Hakken”ini qəbul edəcək.
Avropa Liqası, qrup mərhələsi
1-ci tur
21 sentyabr
20:45. Qarabağ – Molde (Norveç)
Baş hakim: Con Biton (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

