Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Molde"yə qisas fikri ilə yanaşsaq, oyunumuza mane ola bilər" – Qurban Qurbanov
    20.09.2023 14:23:18

    "Qarabağ" sabah UEFA Avropa Liqası qrup mərhələsinin ilk turunda Bakıda Norveçin "Molde" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

    – Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz oyundan danışırıq. Hər bir halda, matça hazırlaşmalıyıq. Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq.

    – Yenə sentyabr, yenə belə durum. Sabahkı oyunda qalib gəlmək çətin olmayacaq?
    – Bəlkə də oyunun Bakıda olması uyğun deyildi. Nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçulara hansısa psixoloji təsir ola bilər. İstər-istəməz belə olacaq. Belə hal olmuşdu, oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Nə qədər bacarırıq, cəbhədən xəbər alırıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. Çalışacağıq ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün inanıram ki, futbolçular hər şeyi edəcək.

    – Rəqibin zəif nöqtələrini tam olaraq analiz edə bilmisiniz?
    – Zəif nöqtələri demək düzgün olmaz. Ümumiyyətlə, rəqibi analiz etmişik. "Molde" son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə olaraq, biz maksimum çalışmalıyıq ki, rəqibi səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır.

    – Bəhlul Mustafazadənin durumu necədir?
    – Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olarq, bugünkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik.

    – 3 il əvvəki və indiki "Molde" arasında hansı fərqlər var?
    – Sistemləri fərqlidir. İndiki "Molde"nin futbolçuları daha inamlıdır. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəyəm.

    – Azarkeşlər düşünür ki, "Qarabağ" "Molde"dən qisas almalıdır. Siz nə fikirləşirsiniz?
    – Qisas fikri ilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bacardıq bunu. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə, həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik.

    Futbol

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11
    Futbol

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46
    Futbol

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12
    Futbol

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    Futbol

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49
    Futbol

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23

    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək

    30.07.2026 20:17:27

    "Roma"dan yeni transfer

    30.07.2026 19:46:45

    UEFA FIFA-nın özəlləşdirmə planına qarşı çıxdı: “Dünya çempionatı satılmır”

    30.07.2026 19:12:41

    "Zirə" - "Payde": HEYƏTLƏR

    30.07.2026 18:50:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved