Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov bu gün Türkiyə Super Liqasında debüt edə bilər.
Prosport.Az xəbər verir ki, 24 yaşlı mərkəz hücumçunun yeni komandası "Hatayspor" V turda "Fatih Karagümrük" komandasının qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Hatayspor"un sosial mediada bu matç üçün paylaşdığı posterdə Renat Dadaşovun şəkli yer alıb.

