Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda 6-cı turda "Slaven"lə qarşılaşıb. Matç "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir də bu oyunda iştirak edib. Hücumçu 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb.
Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 13 xalla 2-ci, "Slaven" isə 6 xalla 9-cudur.

