Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Rəhbərlik hansı mükafatı verərsə, onunla da kifayətlənəcəyik" – Azər Bağırov
    16.09.2023 20:55:14

    "Çətin olacağını bilirdik. "Neftçi" ölkəmizin adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və "Neftçi"yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik. Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. "Neftçi"nin hazırlıqları yaxşı səviyyədə idi. Şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar. Mənim üçün çox vacib idi". 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunun "Neftçi"yə (1:0) qarşı keçirilmiş mətbuat konfransında deyib.

    – Adrian Mutu bildirdi ki, 10 nəfərlə müdafiə olunan rəqibə qarşı oynamaq çətindir. Bu fikirlərlə nə qədər razısınız?
    – Fikirlərinə hörmətlə yanaşıram. Amma biz epizodik olanda arxada otururduq. Mən açıq futbol oynamağı xoşlayıram. Hətta 10 nəfərlə qalanda da, rəqibi qabaqda sıxırdıq, pressinq edirdik. Həmişə çalışmışam ki, rəqib tərəfdə oynayaq və üstünlük bizdə olsun. Mutunun fikirlərinə isə hörmətlə yanaşıram.

    – Qələbəyə görə xüsusi mükafat olacaq?
    – Onu rəhbərlik verəndən sonra biləcəyik. Amma bu gün "Neftçi" ilə oynayırdıq deyə, xüsusi hazırlığımız da yox idi. Meydana çempionatın bir oyunu kimi çıxdıq, qalib gəldik. Rəhbərlik hansı mükafatı verərsə, onunla da kifayətlənəcəyik.

    – “Araz-Naxçıvan” hansı pillədə olsa, sizi qane edəcək?
    – Hansısa pillə barədə düşünmürük. Bu günlə yaşayıram və sabaha baxıram. Komandama ən yaxşısını etməyə çalışıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Amma maksimumu etməyə çalışırıq.

    – PRO kateqoriyalı məşqçi bu gün "Neftçi" kimi tarixi, tanınmış baş məşqçisi olan rəqibə qalib gəldi. Özünüz nə hiss edirsiniz?
    – Heç nə. Qolun özündə də belə, böyük sevincim olmadı. Mənim üçün önəmli olan qol yox, nəticədir. Komandam nəticə qazanırsa, içimdə sevinirəm. Arada düşünürəm ki, nələrisə daha yaxşı etmək olardı. Dünənlə yaşamırıq, bu gün maksimumu edib, sabahı düşünürük. Nəticə gələcək. “Neftçi”yə qalib gəldik və ya “Qarabağ”a uduzduq, fərq etməz. Hər oyunda komanda üçün nə vacibdirsə, onu edirik. Hansısa komandaya qalib gəlmək mənə şöhrət gətirmir. Əsas olan 3 xaldır və komandamızın qələbəsidir.

    Futbol

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11
    Futbol

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57
    Futbol

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30
    Futbol

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52
    Futbol

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34
    Futbol

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29

    Premyer Liqa: Mərkəzi oyunlar FIFA referilərinə tapşırıldı

    26.11.2026 15:43:51

    Gəncə klubunun prezidenti və futbolçusuna cəza verildi

    26.11.2026 15:12:40

    Hansi Flik Bakıdakı qələbədən sonra tarixi uğura imza atdı

    26.11.2026 14:42:03

    Bakıda keçirilən dünya çempionatında 7 erməni idmançı yarışır – ADLAR

    26.11.2026 14:23:50

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved