Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Pakistanlı jurnalistlərin Bakı səfəri ilə bağlı yekun tədbir keçirildi – FOTOLAR
    15.09.2023 18:02:27

    Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və onun qitə qurumu Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) milli subyekti və rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) “Rəqəmsal İdman Jurnalistikası” layihəsinin II mərhələsinin Azərbaycan turunun yekunlarına həsr olunmuş tədbiri keçirilib.

    Prosport.Az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, AİJA prezidenti Eldar İsmayılov və qonaqlar iştirak edib.

    Qonaqları və media nümayəndələrini salamlayan Çingiz Hüseynzadə bu cür layihələrin önəmindən danışıb və davamlı olmasını tövsiyə edib. Digər natiqlər çıxış edərək layihə haqda məlumat verib.

    Ardınca AIPS prezidenti Canni Merlo (İtaliya), AIPS Europe prezidenti Çarlz Kamenzuli (Malta), AIPS Asia prezidenti Hi-don Cunq (Koreya), Pakistan İdman Yazarları Federasiyasının (PSWF) prezidenti Amcat Malik Azizin iştirakçılara videotəbriki çatdırılıb.

    Daha sonra pakistanlı idman jurnalistlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən başlayan təcrübə turunu özündə əks etdirən qısa videçarx nümayiş etdirilib. Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və ailə fotosu ilə tədbirə yekun vurulub.

    Qeyd edək ki, AİJA ilə PSWF arasında imzalanan əməkdaşlıq memorandumunun şərtlərinə uyğun olaraq Bakıda ZOOM platforması üzərindən "Rəqəmsal idman jurnalistikası" mövzusunda beynəlxalq təlimlərə start verilnişdi. Bakı və regionlardan, həmçinin Pakistan, Əfqanıstan, Şri Lanka və başqa ölkələrdən 100-dən artıq iştirakçı qeydiyyatdan keçərək 20 – 24 dekabr 2022-ci il tarixinlərində 5 gün, Bakı vaxtı ilə saat 19:00-dan 20:00-dək  AİJA-nın I vitse prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin moderatorluğu ilə baş tutan təlimlərdə Canni Merlo, AIPS-in I vitse prezidenti Esat Yilmaər (Türkiyə), AIPS Futbol Komissiyasının sədri, çoxsaylı bestseller kitabların müəllifi, dünyaca məşhur idman jurnalisti Keyr Radnec (Böyük Britaniya), Çarlz Kamenzuli (Malta), Hi-don Cunq (Koreya), Amcat Malik Aziz, "Qətər 2022"nin Azərbaycandakı rəsmi yayımcısı İctimai TV-nin əməkdaşı, AİJA versiyasına görə "İlin idman jurnalisti" seçilmiş Elnur Əliyev, Pakistanın digital media üzrə tanınmış mütəxəssisi, jurnalist Məhəmməd Asif Xan və başqalarının maraqlı mühazirələrini, tövsiyə və təcrübələrini bölüşdülər, mentorlarla canlı debata girib.

    Əvvəlcədən razılaşmaya əsasən, təlimlərdə iştirak edən 7-si gənc olmaqla 9 nəfər Pakistan idman jurnalisti bu il sentyabrın 9-dan 16-dək Bakıda təcrübə mübadiləsi səfərindədir. Yaxın aylarda (noyabrda) layihənin Pakistan turu çərçivəsində Azərbaycandan olan idman jurnalistlərinin Pakistana səfəri planlaşdırılır.

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved