Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turunun daha bir qarşılaşması keçirilib.
Prosport.Az xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Neftçi"ni 4:0 hesabı ilə darmadağın edib.
Bu görüşdə Tovuz təmsilçisinin kamerunlu hücumçusu Runi Eva 17,44 və 61-ci dəqiqələrdə vurduğu qollarla het-trik edib. Komandanın panamalı mərkəz müdafiəçisi Roderik Miler isə 21-ci dəqiqədə başla fərqlənib. Bununla da "Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinalında onları kənarlaşdıran "Neftçi"dən qisasını artıqlaması ilə alıb.
Bu gün saat 19:00-da autsayderlər zonasında qərarlaşan komandalardan "Sumqayıt" "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, dünən "Sabah" Qəbələdə "Kəpəz"i, "Zirə" isə Şamaxıda eyni adlı komandanı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

