“Qarabağ”ın futbolçusu Aleksey Kaşşukun formasını geyindiyi Ukrayna yığması Millətlər Liqasında bu gün qrup mərhələsinin sonuncu matçına çıxacaq.
Prosport.Az xəbər verir ki, sözügedən komanda Gürcüstanla üz-üzə gələcək.
Kaşşuk matç üçün millinin heyətində yer alıb. Baş məşqçi Maldera vingeri iştirak ərizəsinə daxil edib.
Ukrayna – Gürcüstan oyunu saat 23:45-də start götürəcək. Kaşşuk ötən turun Şimali İrlandiya ilə matçında millidə debüt edib.
