Qazaxıstan yığması UEFA Millətlər Liqasının C Liqasında sonuncu matçını keçirib.
Prosport.Az xəbər verir ki, komanda doğma meydanda Slovakiyanı qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. "Sabah"ın qapıçısı Stas Pokatilov da Qazaxıstan millisinin heyətində bu görüşdə iştirak edib. Start heyətində meydana çıxan qolkiper 90 dəqiqə ərzində qapını qoruyub.
Bu heç-heçədən sonra Qazaxıstan millisi 3 xalla qrupu 4-cü pillədə tamamlayıb. Slovakiya isə 12 xalla qrup lideri olub.
