“Neftçi”nin futbolçusu Sessi D Almeydanın çıxış etdiyi Benin yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyuna çıxıb.
Prosport.Az xəbər verir ki, sözügedən komanda səfərdə Mərkəzi Afrika Respublikası ilə üz-üzə gəlib. Matç Beninin qələbəsi ilə başa çatıb – 1:0.
Görüşün taleyini həll edən yeganə qolu 90+3-cü dəqiqədə Ede Oloko vurub. Beninin kapitanı olan D Almeyda oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Benin yığması 4 turdan sonra 10 xalla qrup lideridir.
