Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin" – Valdas Dambrauskas
    8.11.2026 20:37:15

    "Sabah" Azərbaycan Premyer Liqasının XI turunda öz meydanında "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "bayquşlar"ın litvalı baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Nəticə sizin üçün nə dərəcədə gözlənilməz oldu?
    – Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq. Bu gün oyun enişli-yoxuşli idi. İlk hissənin 20-ci dəqiqəsinə qədər oyuna nəzarət etdik. Ondan sonra fərqli oldu. Biz oyuna tam nəzarəti ələ ala bilmədik. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Əlbəttə ki, azarkeşlər üçün 2:2 hesabı çox həyəcanlı, gözəl görünə bilər. 3-cü qolu vurub qalib gələ bilərdik. Ancaq rəqib də qol vura bilərdi. Amma bu gün "5-lik"də qərarlaşmışıqsa, nəticə bizim üçün qəbuledilməzdir.

    – 2-ci qolu vurduğunuz zaman hakimə etirazınız o qədər çox oldu ki, qolu bayram edə bilmədiniz. Hakimlə nə danışırdınız?
    – 3 gündən bundan qabaq Çempionlar Liqasında oynayırsan, orada bəlli qaydalar var ki, ona riayət edirlər. İstəyərdik ki, daxili oyunlarda da həmin qaydaların üzərində durulsun. Xüsusi bir şey olmadı. Nə danışdıqsa, orada həll olundu. Hakimlik barədə nəsə şikayət edə bilmərəm.

    – Sıx qrafikdə oynayırsınız. İndiki məqamda milli fasilə sizin xeyrinizə işləyə bilər?
    – 3-4 günlük verəcəyimiz fasilə bizim üçün yaxşı ola bilər. Biz buralarda olmaq, Çempionlar Liqasında iştirak etmək istəyirdik. Bilirdik ki, asan olmayacaq, noyabr-dekabr daha çətin olacaq. Biz özümüz böyüməli, möhkəmlənməliyik ki, bu tip hallardan daha yaxşı çıxa bilək.

    – Hava şəraiti nəticəyə nə dərəcədə təsir etdi?
    – Bunun heç bir əhəmiyyəti yoxdur. Külək ilk hissədə bir komandaya qarşı idisə, 2-ci hissədə digər komandaya qarşı oldu. Bütün futbolçular belə hallara uyğunlaşmalıdır. Bir müddət əvvəl süni örtüklü meydançada oynadıq, bu gün təbi örtüklü meydançada. Peşəkar olmaq lazımdır. Belə hallar heç cür təsir etmir.

    – Adətən “Qarabağ” Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsınız və ya təhlükə hiss edirsiniz?
    – “Qarabağ” 12 ildir ki, avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli 2 heyətlə çıxış edirik. 1 heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm ki, digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmür. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdü. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. 2 həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.

    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Futbol

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45
    Futbol

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01

    Finlandiyalı FIFA referisi Bakıya gəlir

    23.11.2026 23:12:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved