Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqiblər Yevlaxda oynamağa öyrəşməyib" – "İmişli"nin baş məşqçisi
    8.11.2026 18:21:58

    "Öncə Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edirəm. Bərabər səviyyəli oyun getdi. Matç planlaşdırdığımız kimi getmədi. Xüsusilə də, ilk hissə istədiyimiz kimi alınmadı. 2-ci hissə daha yaxşı oynadıq. 100%-li qol epizodumuz olmadı, amma şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu deyildi. Futbolçuların performansından razıyam".

    Prosport.Az-ın Yevlaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri "İmişli"nin latviyalı baş məşqçi əvəzi Ervin Perkon deyib.

    O daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

    – Düşünmürəm ki, ilk hissədə siz zəif oynadınız. Məncə, əksinə, ilk hissədə siz rəqibdən daha dinamik idiniz...
    – Bu, baxışdan asılıdır. Sizin fikrinizə hörmətlə yanaşıram. 

    – Komandanız sizin rəhbərliyiniz altında Yevlaxda uduzmur. Amma növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun haqqında nə düşünürsünüz? Ümumiyyətlə, Yevlaxda rəqiblərin sizə qalib gələ bilməməsi nə ilə əlaqədardır?
    – Düşünmürəm ki, mən gəldim və hər şey dəyişdi, artıq qalib gəlməyə başladıq. Məncə, hər şey oyunçuların meydanda qoyduğu performansdan asılıdır, motivasiyaları yüksəkdir. Bunu oyunçulara borcluyuq, fanatlardan da çox şey asılıdır. Onlara təşəkkür edirəm. Bəlkə də ola bilər ki, süni örtüklü meydança bəzi komandaları narahat edir. Onlar buna öyrəşməyib. Üstəlik, uzun yol qət edirlər. Ancaq düşünürəm ki, hər şey işləməkdən, hazırlıqdan asılıdır.

    – Bəxtiyar Həsənalızadə oyundan 1 gün əvvəl zədələnib. Onun əvəzinə müdafiədə Mehdi Tahirovu gördük. Halbuki bu oyunçu bunadək "Qarabağ" və "Turan Tovuz"la matçlarda cəmi 1 dəqiqə oynamışdı. Xuan Ernandes də ilk dəfə start heyətdə aldı. Necə təsir bağışladılar?
    – Bəxtiyarın zədələnməsinə görə üzgünük. Mehdi müdafiənin sağ cinahında oynadı. Yaxşı təsir bağışladı. Xuanın isə ilk hissədə bir neçə dəfə fərqlənmək şansı oldu, ancaq yararlana bilmədi. Ümumiyyətlə, onları oynatmaq bizim planımızın tərkib hissəsi idi. Dioqu Kardozu və Dioqu Almeydanı meydana sonradan buraxıb, rəqibi məğlub etməyə çalışırdıq. Lakin təəssüf ki, hər şey istədiyimiz kimi getmədi.

    – Qeyd edildiyi kimi, baş məşqçi kimi Yevlaxdakı 4 oyunda 3 qələbə və 1 heç-heçə etmisiniz. Düşünmürsünüz ki, klub rəhbərliyi sizin haqqınızda baş məşqçi olmaq barədə qərar verəcək?
    – Bu sual mənə yox, klub rəsmilərinə və ya rəhbərliyə verilsə, daha düzgün olar. Mənim bu barədə nəsə deməyim düzgün olmaz.

    Futbol

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22
    Futbol

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52
    Futbol

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34
    Futbol

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    Futbol

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57
    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved