Azərbaycan Premyer Liqasının "Zəfər turu" çərçivəsində baş tutan “Araz-Naxçıvan” ilə oyundan öncə "Şəfa" klubunun prezidenti Kənan Sadıqlı komandanın həkim heyətinin üzvü, 44 günlük Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızdan olan Kənan Mehrəliyevi mükafatlandırıb.
Prosport.Az xəbər verir ki, klub rəhbəri “Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədov və həkim heyətinin üzvü Mübarək Allahverdiyevə də hədiyyələr təqdim edib.
