"Turan"ın baş məşqçisi Qurban Berdiyev Rusiyanın "Lokomotiv" klubunu çalışdıra bilər.
Prosport.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi hazırkı baş məşqçi Mixail Qalaktionovla yollarını ayıracağı təqdirdə, Berdiyevin namizədliyi nəzərdən keçirilir.
Məlumata görə, onun namizədliyini klubun direktorlar şurasının sədri Yuri Nagornıx dəstəkləyir. Siyahıda Stanislav Çerçesov, Vladimir Fedotov, Vadim Yevseyev və Sergey İqnaşeviçin də adları var.
