Rumıniya Superliqasında XV turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə UTA klubunun qonağl olub.
Görüş Ployeşti təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Matça ehtiyatda başlayan Hüseynov meydana 65-ci dəqiqədə daxil olub. Cəmi 6 dəqiqə sonra isə komandası oyunda yeganə qolu vurub.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Petrolul" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
