Azərbaycan millisinin üzvü Toral Bayramov Türkiyə çempionatında avtoqol müəllifi olub.
Prosport.Az xəbər verir ki, I Liqanın lideri “Bursaspor”un formasını geyinən futbolçu “Antalyaspor”la səfər qarşılaşmasında topu səhvən öz qapısından keçirib.
Hadisə ilk hissənin əsas vaxtına əlavə edilən 6-cı dəqiqədə yaşanıb. Toral Bayramovun avtoqolundan sonra hesab bərabərləşib – 1:1. Görüş elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, matça start heyətində başlayan Azərbaycan millisinin üzvü 79-cu dəqiqədə əvəzlənib.
