Azərbaycan Basketbol Liqasının VI turuna “Sabah”ın qələbəsi ilə start verilib.
Prosport.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Lazar Spasiçin rəhbərlik etdiyi komanda “Ordu”nu 93:81 hesabı ilə məğlub edib.
Bununla da “Sabah” ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda əvvəlki turda “Sumqayıt”ı 100:85 hesabı ilə üstələmişdi.
Bu nəticədən sonra “Sabah” xallarının sayını 9-a çatdırıb. “Ordu” isə 7 xalda qalıb.
Qeyd edək ki, VI turun digər oyunları noyabrın 7-də və 8-də keçiriləcək. “Neftçi” NTD ilə, "Naxçıvan" "LANDAU Layns"la, “Gəncə” isə “Sumqayıt”la qarşılaşacaq.
