Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ" evdə "Turan Tovuz"la qarşılaşıb.
Prosport.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan oyunda Tovuz klubu 1:0 hesablı qələbə qazanıb.
Qolu 80-ci dəqiqədə Roderik Miller vurub.
"Turan Tovuz" bu qələbə ilə xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Qarabağ" isə 19 xalla 4-cü sıraya geriləyib.
Qeyd edək ki, "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.
