AFFA Rusiya, Ukrayna, Almaniya və ABŞ-də oynayan gənc azərbaycanlı futbolçuları izləyir.
Prosport.Az xəbər verir ki, bu barədə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Azərtac-a açıqlamasında məlumat verib.
“Əlbəttə, U-21 millisi üçün yeni futbolçu axtarışlarımız davam edir. Xaricdə yaşayan azərbaycanlı futbolçular diqqət mərkəzindədir”, - deyə mütəxəssis bildirib.
