Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi" klubunun futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, oktyabrın ən yaxşı qolu V turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb.
Ən yaxşı qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
