“Sabah”ın futbolçusu Timoteuş Puxaçın UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Vikinq”lə Norveçdəki oyunda davranışı müzakirə mövzusu olub.
Prosport.Az xəbər verir ki, müdafiəçi komandasının 1:4 hesabı ilə məğlub olduğu qarşılaşmanın 76-cı dəqiqəsində “Vikinq”in oyunçusunun zədə səbəbindən topu meydandan kənara çıxarmasından sonra topu rəqibə qaytarmayıb.
Puxaçın bununla bağlı açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, o, bu hərəkəti bilərəkdən etdiyini etiraf edib və “Məni feyr-pley maraqlandırmır, əsas məsələ qələbədir”, – deyib.
Qeyd edək ki, 4 turdan sonra “Sabah”ın aktivində 3 xal var və 31-ci sıraya düşüb. Azərbaycan çempionu növbəti turda noyabrın 25-də “Barselona”nı Bakı Olimpiya Stadionunda qəbul edəcək.
