UEFA Avropa Liqasının əsas mərhələsində IV tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, "Beşiktaş" Şotlandiyada "Seltik"ə 2:3 hesabı ilə məğlub olub.
Ev sahibi komandanın qollarından 2-sini "Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran vurub. Kolumbiyalı hücumçu 78 və 87-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Beşiktaş" 4 turdan sonra 7 xalla 8-ci, "Seltik" isə 32-ci pillədədir.
