Azərbaycan Premyer Liqasında XI tura bu gün start veriləcək.
Prosport.Az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
"Turan Tovuz" səfərdə "Qarabağ"ın qonağı olacaq. Ağdam təmsilçisi hazırda 19 xalla turnir cədvəlinin 3-cü, Tovuz klubu isə 18 xalla 4-dördüncü pilləsində qərarlaşıb.
Günün son qarşılaşmasında "Neftçi" "Palms Sports Arena"da "Kəpəz"i qəbul edəcək. 21 xala malik "Neftçi" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 17 xalla 5-cidir.
Azərbaycan Premyer Liqası
I dövrə XI tur
6 noyabr
18:00. "Qarabağ" – "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Azərsun Arena"
20:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Palms Sports Arena"
Qeyd edək ki, tura noyabrın 8-də yekun vurulacaq.
