Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Kür-Nur" adını bərpa etmək istəyirik" – "Mingəçevir"in təsisçisi
    7.09.2023 12:26:45

    Bu mövsüm I Liqada mübarizə aparacaq "Mingəçevir" futbol klubunun təsisçisi və İdarə Heyətinin sədr müavini Ruslan Həmidovun Prosport.Az-a müsahibəsi

    – Yeni mövsümün startına az qalıb. "Mingəçevir" "Karvan"la derbiyə hazırdır?
    – Əvvəla çox sağ olun ki, Mingəçevirə gəlmisiniz. Komanda 98-99 faiz mövsümə hazırdır. Bütün müqavilələr bağlanıb, kənardan komandaya 7-8 futbolçu cəlb olunub. "Kür" hoteldə 10 günlük təlim-məşq toplanışında olduq, 3 yoxlama görüşü oynadıq. "Zaqatala" ilə 2 dəfə, "Şəmkir"lə 1 dəfə. Paralel olaraq seleksiya işlərini apardıq, rəhbərlik olaraq üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Bir daha deyirəm, çempionata tam hazırıq və qələbə üçün vuruşacağıq. Deyim ki, hədəfimiz çempionluqdur, xeyr. Bizim hədəfimiz 4-5-ci pillə uğurunda mübarizə olacaq. "Karvan"la oyuna da ciddi hazırlaşırıq.

    – İlk turun evdə, yaxud səfərdə oynanılmasının sizin üçün əhəmiyyəti var?
    – Xeyr. Yevlaxla aramızda 25-30 km məsafə var, azarkeşlərimiz də səfərə getməklə bağlı bizə müraciət edirlər. Ola bilsin, 2-3 avtobus bunun üçün ayrılsın. Qısası, çox ciddi hazırlıq gedir.

    – PFL-ə neçə futbolçunun adını sifariş vermisiniz?
    – Hələ ki, 22 futbolçu. Ola bilər ki, 23-24 də olsun.

    – Heç legioner götürmək fikiriniz oldu?
    – Fikirimiz oldu, amma həm maliyyə, həm də sənədləşmə məsələsi baxımından götürə bilmədik. Bildiyiniz kimi, PFL-in yeni qərarına görə, I Liqaya ancaq peşəkar statusu olan, lisenziyalı legioner gətirə bilərsən.

    – Stadionla bağlı son durum necədir?
    – PFL-in stadionla bağlı qarşımıza qoyduğu əsas tələb hakimlər üçün ayrıca otaq və duş kabinəsinin olması idi. Sağ olsun, AFFA-nın da köməyi ilə bu məsələ həll olundu. Dəmir vaqon stadion ərazisində yerləşdirilib. Burdan həm AFFA prezidenti Rövnəq Abdullayevə, həm də baş katib Sərxan Hacıyevə öz təşəkkürümü bildirirəm. Ehtiyat meydançamızda da yaxın 10-15 günə işlər bərpa olunacaq. Orada işlər bərpa olunandan sonra əsas meydançada avtomatik suvarma sistemi də quraşdırılacaq. Başqa da isti-soyuq su, dopinq otağı, duş otağı, hakimlər üçün ayrıca otaq olaraq. Yenə deyirəm, 99 faiz klub çempionata hazırdır.

    – Stadionunuzun böyük ərazisi var. Gələcəkdə burada böyük baza, futbol akademiyası salmaq kimi planımız var?
    – Planlarımız var, amma bunları birdən-birə etmək olmaz. "Region Liqası"ndan I Liqaya gəlmiş komandayıq, bir az zamana ehtiyacımız var. 8-9 yaşlı uşaqların məşqi üçün 1 yeni, süni örtüklü meydançanın salınması da planımıza daxildir. Ümumi olaraq, həm bizim, həm də şəhər rəhbərliyinin hədəfi qısa zamanda Mingəçevirin Premyer Liqada təmsil olunmasıdır.

    – Birdən yer tutsanız, yaxud AFFA tərəfindən komanda sayı artırılsa, siz buna hazır olacaqsınız?
    – Bu suala cavab əslində mənim yox, rəhbərliyin səlahiyyətində olan olan məsələdir. Amma təbii ki, belə qərar olarsa, buna uyğun addımlar da atılacaq. Bu gün üçün dövlət tərəfindən illik 300 min manatın ayırılması da böyük dəstəkdir. Rəhbərlik olaraq, biz də komandaya bütün dəstəyi veririk.

    – Bizə daxil olan məlumata görə, Mingəçevirin tarixi, köklü klubu olan "Kür-Nur"un adı yenidən bərpa ounacaq...
    – Bəli, bu məsələnin də üzərində iş gedir və "Kür-Nur"un adını bərpa etmək istəyirik. Çünki Mingəçevir futbolunun uğurları bu klubun adı ilə bağlıdır. İstəyirik ki, növbəti mövsümdən komanda çempionatda "Kür-Nur" adı ilə çıxış etsin. Bu mövsüm onu sənədləşmə işləri ilə bağlı çatdıra bilmədik.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved