UEFA Konfrans Liqasında Liqa mərhələsnin III turunda “Universitatya Krayova” (Rumıniya) – “Eqnatiya” (Albaniya) matçına təyinatlar açıqlanıb.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin də mübarizə apardığı “Eqnatiya” klubunun avrokubok oyununu şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Maraqlıdır ki, təyinatlar arasında tanış sima da var. Belə ki, oyunda UEFA nümayəndəsi azərbaycanlı Zaur Hacı Məhərrəmov olacaq.
Qeyd edək ki, Məhərrəmov Peşəkar Futbol Liqasının icraçı-direktorudur.
