Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "3 gün əvvəl 120 dəqiqə oynamış futbolçular böyük xarakter göstərdilər" - Rəşad Sadıqov
    31.10.2026 17:35:46

    "Zirə" Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Oyun bizim üçün olduqca pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verdik. Müdafiədən çıxarkən itirdiyimiz topdan sonra rəqib hücum qurub fərqləndi. Ondan sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxlu hücum qurduq. Təəssüflər olsun ki, həmin dəqiqələrdə qol vura bilmədik. 2-ci hissəyə də fəal başlamışdıq. Həmin dəqiqələrdə 2-ci qolu buraxdıq. Ondan sonra nəticəni dəyişmək daha da çətin idi. Buna baxmayaraq, 3 gün əvvəl 120 dəqiqə oynamış futbolçular böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Buradan 1 xal qazanaraq dönürük. Qələbə qazanmaq istəyirdik. Amma rəqibi də nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var. Son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərib oyunu çevirə bildilər. Bu gedişatda 1 xal da önəmlidir.

    - "Sumqayıt"la oyunda 2:0 hesablı üstünlüyü əldən verdiniz, bu gün isə 0:2-dən sonra hesabı bərabərləşdirdiniz. Bu durumu necə şərh edərdiniz?

    - Futbolda belə hallar olur. İlk 15-20 dəqiqədə yaxşı oynamadıq. Amma qol buraxdıqdan sonra reaksiya verdik. "Sumqayıt"la oyunda da yaxşı reaksiya vermişdik. Çempionatdakı rəqiblərin heyətləri çox güclüdür. Hər birində təcrübəli, hər an nəticəni dəyişə bilən usta futbolçular var. Daha çox çalışıb üstünlüyü nəticəyə çevirmək lazımdır. Üstünlük yaradırıq. Amma həmişə bunu nəticəyə çevirə bilmirik.

    - Mehdi Mişahşan ilk toxunuşunda qol vurdu. Onu standart vəziyyətlər üçün meydana buraxmışdınız?

    - 2 fikir var idi. Birincisi, standart vəziyyətlərdə yaxşı oynayır. İkincisi isə Mehdini mərkəz müdafiəçisi mövqeyinə qoyub Ruan Renatonu hücuma göndərəcəkdik. Daha çox cinah hücumları etməyi planlaşdırırdıq. Qol oldu deyə, Ruan öz mövqeyində oynamağa davam etdi. 2:2-dən sonra da hücumlarımız oldu. Bir epizodda dəqiqlik çatmadı. "Səbail"lə 120 dəqiqəlik oyun keçirmişdik. Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. "Səbail"lə matçda rəqib 80-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq.

    Futbol

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22
    Futbol

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52
    Futbol

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34
    Futbol

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    Futbol

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57
    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved