“Kəpəz” klubu sabah Azərbaycan Premyer Liqasının X turu çərçivəsində “İmişli”yə qarşı matça itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, “sarı-göylər”in yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən oyunda iştirak edə bilməyəcək. Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.
“Sarı-göylər” bu gün saat 17:00-da baş tutacaq məşqlə “İmişli” ilə matçın hazırlığını yekunlaşdıracaq.
Xatırladaq ki, “Kəpəz” – “İmişli” görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.
