Albaniya Superliqasında IX turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Teuta”nı 1:0 hesabı ilə məğlub edib. Əliyev bu dəfə də matçı ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, hazırda “Eqnatiya” 21 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
