Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məğlubiyyətdə mənim günahım var" – Valdas Dambrauskas
    30.10.2026 21:29:51

    Azərbaycan Premyer Liqasının X turunun “Turan Tovuz” – “Sabah” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – “Turan Tovuz”u təbrik edirəm. Bu gün bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər. Stadionda gözəl atmosfer var idi. İkili mübarizələrin çox olduğu matç alındı. Bugünkü məğlubiyyətdə taktiki səhvlərim oldu. 2-ci hissəyə yaxşı başladıq, epizodlar yaratdıq. Lakin 1-ci yarıda verdiyimiz boşluqlara görə, rəqib 2 qol vurdu. Məğlubiyyətdə mənim günahım var.

    – Növbəti matç Çempionlar Liqasında “Vikinq”ə qarşı olacaq. Qısa müddətdə komandanı necə toparlayacaqsınız?
    – Sıx qrafiklə oynayırıq. 3-4 gündən bir çıxışımız var və bu səbəbdən bərpa olunmaq bizim üçün çox çətindir. Bəzən taktiki məşqlər edir, matçlara hazırlaşırıq. İndi Bakıya qayıdacağıq və bir gün istirahət edəcəyik. Bazar günü bərpa məşqi edəcəyik.  Bundan sonra, bazar ertəsi yenidən səfərə yollanacağıq. Tam olmasa da, bərpa üçün vaxtımız var. Çalışacağıq ki, səfərdə ən yaxşı performansımızı nümayiş etdirək.

    – Umarali və Simiç “Vikinq”lə matça qədər hazır olacaq?
    – Umaralini tonusda saxlamaq üçün bu gün risk etmədik. Simiçin yüngül zədəsi var. Düşünürəm ki, az müddətə də olsa, onu meydanda görəcəyik.

    – “Vikinq”lə görüşdə sizi hansı nəticə qane edəcək?
    – Hər oyun çətindir. Daxili çempionatda da belə səhvlərə yol verəndə, bu, baha başa gəlir. “Vikinq” 14 oyundur məğlubiyyət üzü görmür. Amma bu, səfərə ümidsiz yollanacağımız anlamına gəlmir. Onların zəif tərəflərini araşdırıb, yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq.

    Futbol

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22
    Futbol

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52
    Futbol

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34
    Futbol

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    Futbol

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57
    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved