Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Niderland millisi Bakıdakı mundiala niyə gəlməyib? - AFFA rəsmisi açıqladı
    30.10.2026 14:40:38

    "Uşaqlar üçün bu turnir fantastik və unudulmaz təcrübə oldu. Qısa müddətdə 10 oyun keçirmək, hər matça fərqli plan və yanaşma ilə hazırlaşmaq onlar üçün çox böyük təcrübə idi".

    Prosport.Az xəbər verir ki, bu sözləri AFFA-nın texniki direktoru Edmond Klaus Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı barədə jurnalistlərə açıqlamasında deyib.

    O, ümumi prosesdən çox razı qaldığını söyləyib: “Etiraf edək ki, uşaqlarımız ölkədaxili çempionatda belə rəqabətli oyunlarla tez-tez qarşılaşmırlar. Haiti və Avstraliya kimi komandaların keyfiyyətli futbolçularına qarşı oynamaq onlar üçün mühüm təcrübə oldu. Ölkəmizdə belə bir turnirin yüksək səviyyədə təşkil olunması da yarışa xüsusi gözəllik qatdı. İnsanlar onu da anlamalıdırlar ki, ölkəmiz bu işdə müəyyən riskə getdi. Cəmi 2,5 ərzində 200-ə yaxın ölkənin iştirakı üçün turnir təşkil etmək, rəqabət mühiti yaratmaq və lazımi infrastrukturu qurmaq böyük məsuliyyət tələb edirdi. Azərbaycan xalqının və rəhbərliyinin dəstəyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz belə möhtəşəm turnirə ev sahibliyi etdi. Düşünürəm ki, onlar böyük məsuliyyət götürərək fantastik iş gördülər”.

    AFFA rəsmisi futbolçuların seçim prosesini də əvvəlki illərdən tamamilə fərqli şəkildə həyata keçirdiklərini bildirib: “İnsanları dinlədik, AFFA-nın bütün texniki heyətini və mütəxəssislərini bu prosesə cəlb etdik. Məqsədimiz düzgün futbolçuları müəyyənləşdirmək idi. Niderlanddan “Ayaks” klubunun skautu burada idi. Mənim keçmiş klubumda çalışıb və onunla söhbət etdim. Eyni sualı ona da verdim: “Niyə Niderland burada təmsil olunmur?” Bildirdi ki, Niderland Futbol Assosiasiyası U-15 və U-16 yaş qrupları üzrə prosesi dayandırıb. Ölkədəki akademiyaların səviyyəsi, skautinq sistemi və digər məsələlər o qədər yaxşı təşkil olunub ki, artıq bu yaş qruplarında ayrıca seçim prosesinə ehtiyac duymurlar. Onlar seçimə U-17 yaş qrupundan başlayırlar. Biz də bir sıra dəyişikliklər etmişik. Düşünürəm ki, U-14 yaş qrupunda 10x10 formatının tətbiqi böyük addımdır. Bütün bu dəyişikliklərin məqsədi futbolçulara və məşqçilərə daha da inkişaf etmək üçün geniş imkanlar yaratmaqdır. Qəbul etdiyimiz qərarlar futbolçuların inkişafı üçün nəyin daha faydalı olduğu prinsipi əsasında verilir”.

    E.Klaus 10x10 formatı ilə bağlı hansısa dəyişikliyin nəzərdə tutulmadığını vurğulayıb: “Bəzi məşqçilər düşünürlər ki, hazırkı mərhələ sınaq xarakteri daşıyır və turnirdən sonra oyun formatında dəyişiklik edilərək 11x11 sisteminə qayıdılacaq. Onlar arasında bu məsələdə qeyri-müəyyənlik var. Hətta bəziləri liqanın ilk yarısından, məsələn, yanvar ayından sonra yenidən 11x11 formatına keçilib-keçilməyəcəyini soruşurlar. Biz bu sistemin tətbiqi ilə bağlı birillik öhdəlik götürmüşük və 6 aydan sonra hər hansı dəyişikliyə getmək fikrimiz yoxdur. Bununla belə, ötən həftə, həmçinin 2-3 gün əvvəl Premyer Liqa klublarının bütün akademiya direktorları ilə görüşlər keçirdik. Müzakirələr zamanı qərara gəldik ki, dekabr ayında tətbiq olunan sistemi qiymətləndirək. İlin sonunda isə onların da rəylərini nəzərə alaraq yenidən təhlil aparacaq və zərurət yaranarsa, dəyişikliklər edəcəyik”.

    Mütəxəssis qeyd edib ki, insanların qaydalarla bağlı narazılıqlarını bildirməsi normaldır: “Lakin biz bu dəyişikliklərin əsas məqsədinin topa daha çox toxunmaq, oyunun dinamikliyini artırmaq və daha çox oyun epizodu yaratmaq olduğunu göstərmək istəyirik. Eyni zamanda, bu yeniliklərin nəticələrini qiymətləndirmək üçün məlumatlar toplayacağıq. İstəyirik ki, dəyişikliklərin müsbət təsiri yalnız fikirlərlə deyil, konkret göstəricilərlə də təsdiqlənsin. Hazırda bütün detalları və bu qərarların arxasında dayanan səbəbləri ətraflı müzakirə etmək üçün bir qədər tezdir. Bu məsələləri həm məşqçilərə, həm də ölkə üzrə akademiya direktorlarına dəfələrlə izah etmişəm. Ona görə də düşünürəm ki, indi hər bir detalı yenidən müzakirə etməyə ehtiyac yoxdur”.

    Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.

    Futbol

    Maksim Medvedevin komandası məğlub oldu

    18.11.2026 21:44:19
    Futbol

    Mikels "Sabah"ı bu şərtlə tərk edəcək - Xanımı açıqladı

    18.11.2026 20:50:08
    Futbol

    II Liqanın oyunu təxirə düşdü

    18.11.2026 19:06:49
    Futbol

    "Qarabağ" və "Zirə"nin legionerləri qələbəyə sevindilər

    18.11.2026 18:15:45
    Futbol

    Mahir Emreli Millətlər Liqasının rəmzi komandasında - FOTO

    18.11.2026 17:44:24
    Futbol

    "Sabah"a 3 qol vuran futbolçu klubundan ayrıldı

    18.11.2026 16:49:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Maksim Medvedevin komandası məğlub oldu

    18.11.2026 21:44:19

    Avropa Kuboku: Təmsilçimiz Slovakiya klubuna uduzdu

    18.11.2026 21:17:00

    Mikels "Sabah"ı bu şərtlə tərk edəcək - Xanımı açıqladı

    18.11.2026 20:50:08

    Cüdo federasiyası kəmər dərəcələri imtahanı keçirəcək

    18.11.2026 20:18:44

    Daha bir boksçumuz 1/4 finalda

    18.11.2026 19:47:37

    II Liqanın oyunu təxirə düşdü

    18.11.2026 19:06:49

    Yığmalarımız Türkiyə və Almaniya ilə eyni qruplarda

    18.11.2026 18:52:44

    "Qarabağ" və "Zirə"nin legionerləri qələbəyə sevindilər

    18.11.2026 18:15:45

    Mahir Emreli Millətlər Liqasının rəmzi komandasında - FOTO

    18.11.2026 17:44:24

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52

    "Sabah"a 3 qol vuran futbolçu klubundan ayrıldı

    18.11.2026 16:49:38

    "Qarabağ"ın qapıçısı oynadı, komandası qələbə qazandı

    18.11.2026 16:18:28

    "Sumqayıt"ın kapitanı millinin oyununda cəzalandı

    18.11.2026 15:52:26

    Dünya çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi

    18.11.2026 15:16:34

    Tacikistanlı qapıçı Tovuza məyus qayıdır

    18.11.2026 14:47:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved