Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Puxaçın transferində mistik məqam da var" - Maqsud Adıgözəlov
    30.10.2026 13:47:22

    “Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlov komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç haqqında diqqətçəkən açıqlamalar verib.

    Prosport.Az Polşa mediasına istinadən xəbər verir ki, klub rəhbəri müsahibəsində 27 yaşlı futbolçunun həm meydandakı, həm də meydandan kənardakı davranışından razılığını ifadə edib.

    “Timoteuş fantastik futbolçu və çox xoş xasiyyətli gəncdir. Amma hər şeydən əvvəl onu əsl peşəkar adlandırardım. Mən futbolçuları yalnız oyunlarda deyil, meydandan kənarda da müşahidə edirəm. Onların komanda yoldaşları ilə ünsiyyətinə, məşqlərdə, asudə vaxtlarında və idman zalında davranışlarına, işlərinə nə dərəcədə ciddi yanaşdıqlarına diqqət yetirirəm. Bu baxımdan Timoteuş məndə çox böyük təəssürat yaradıb. Əminliklə deyə bilərəm ki, o, sözün əsl mənasında peşəkardır”, – deyə Adıgözəlov bildirib.

    Klub prezidenti Puxaçın “Sabah”a keçidinin maraqlı tarixçəsindən də danışıb. Onun sözlərinə görə, futbolçu Azərbaycan təmsilçisinə qoşulmazdan əvvəl Polşanın “Katovitse” komandası ilə müqavilə imzalamağa çox yaxın olub.

    “Bəzən futbolda elə hadisələr baş verir ki, onları yalnız məntiqlə izah etmək çətindir. Sanki müəyyən məqamda bütün ulduzlar düzülür. Burada başqa maraqlı detal da var. Bildiyimə görə, polyak dilində “Puxaç” bayquş növlərindən birinin adıdır. Bayquş isə “Sabah”ın simvoludur. Deməli, bu transferdə bir qədər mistik məqam da var. Bəlkə də Timoteuşun bizim komandaya qoşulması onun taleyində var idi”, - deyə klub prezidenti vurğulayıb.

    Qeyd edək ki, Puxaç 2025-ci ildə “Sabah”a qoşulub. O, Bakı təmsilçisi ilə Azərbaycan çempionluğu və ölkə kubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

    Futbol

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22
    Futbol

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52
    Futbol

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34
    Futbol

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36
    Futbol

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57
    Futbol

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved