UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı Azərbaycan və Litva yığmaları arasında oktyabrın 4-də keçirilmiş Milətlər Liqasının oyunu ilə əlaqədar cəza tədbirləri görüb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Vüqar Mustafayev qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiya olunub.
Qərara əsasən, Mustafayev idman prinsiplərinə zidd davranışa yol verib. O, noyabrın 13-də səfərdə Lixtenşteynlə oyun zamanı texniki zonada yer ala bilməyəcək.
Bundan başqa, Azərbaycan tərəfinə oyun meydançasının vəziyyəti və topdaşıyan uşaqların davranışı ilə əlaqədar xəbərdarlıqlar edilib.
Litva millisinin futbolçusu Armandas Kuçis isə 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Kuçis 90+7-ci dəqiqədə matçın rəsmisinə təhqiramiz ifadələr işlətdiyi üçün sərt cəzalanıb.
Qeyd edək ki, “Palms Sports Arena”da təşkil olunmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
