"Sabah" klubu AFFA-nın işdən çıxardığı şəxsə vəzifə verib.
Prosport.Az-ın xəbərinə görə, Emin Cəfərov "Sabah"da yarışların təşkilinə cavabdehlik daşıyır.
Onun əsas vəzifəsi "Sabah"ın UEFA Çempionlar Liqasındakı oyunları zamanı təşkilatçılıq məsələləridir.
Qeyd edək ki, Emin Cəfərov bunadək AFFA-da Yarışların Təşkili Departamentinin rəhbəri vəzifəsində çalışırdı. AFFA-da struktur dəyişikliyi gedən zaman onun da işinə xitam verilmişdi.
