Azərbaycan millisinin FIFA U-15 dünya çempionatı və festivalında sonuncu rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda 83-cü yer uğrunda matçda Əfqanıstan seçməsi ilə qarşılaşacaq.
Hövsan Yarış Kompleksində keçiriləcək oyun saat 11:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı sabah başa çatacaq Turnirin 6 final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək. İlk dünya çempionunun adına saat 18:00-da başlayacaq matçdan sonra aydınlıq gələcək.
