Bosniya və Herseqovina millisinin futbolçusu Aydin Xasiç Azərbaycandan təklif alıb.
Prosport.Az Polşa mətbuatına istinadən xəbər verir ki, “Krakoviya”nın yarımmüdafiəçisinə ölkəmizdən maraq var.
25 yaşlı vingerin yaxın zamanda Polşa təmsilçisini tərk etməsi gözlənilir. Səbəb kimi maliyyə problemi ilə üzləşən klub rəhbərliyinin çıxış yolunu Xasiçi satmaqda gördüyü bildirilib. Onun satışından əldə olunacaq gəlir Krakov klubunun büdcəsindəki kəsiri aradan qaldırmağa kömək edə bilər.
Xasiçə və onun klubuna Yaponiya və Azərbaycandan təkliflər də olub. Lakin futbolçu adıçəkilən ölkələrə yollanmaqda hələ maraqlı deyil.
Qeyd edək ki, Aydin Xasiçin “Krakoviya” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
