Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, mərhələnin son oyun günündə 2 qarşılaşma baş tutub.
"Karvan-Yevlax" səfərdə "Zəngəzur"u 4:1 hesabı ilə məğlub edib. "Xankəndi" isə evdə "Gəncəbasar"a 2:3 hesabı ilə uduzub.
Bununla da 1/8 finalın bütün iştirakçıları və cütləri bəlli olub.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
"Araz-Naxçıvan" - "Marafon"
"Sabah" - "İmişli"
"Sumqayıt" - "Qarabağ"
"Qəbələ" - "Şahdağ Qusar"
"Gəncəbasar" - "Şamaxı"
"Neftçi" - "Şəfa"
"Karvan Yevlax" - "Zirə"
"Turan Tovuz" - "Kəpəz"
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 təsnifat mərhələsinin oyunları dekabrın 1-2-də baş tutacaq.
