İsmail Kartalla yollarını ayıran “Fənərbağça” baş məşqçi axtarışındadır.
Prosport.Az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da var. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Klub rəhbərliyinin ilk seçimi yerli məşqçidən yanadır. Qurbanovla yanaşı, Vinçenso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Dəmirəl də bu posta namizədlər arasındadır.
“Fənərbağça”da baş məşqçi vəzifəsini müvəqqəti Dirk Kuyt icra edir. Komanda Super Liqada 16 xalla 5-ci sıradadır.
