"Qarabağ" futbolçusu Abbas Hüseynovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 2017-ci ildən komandada çıxış edən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abbas Hüseynov "Qarabağ"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.
