“Kəpəz”in belçikalı yarımmüdafiəçisi Desmond Akua klubun mətbuat xidmətinə müsahibə verib.
Prosport.Az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasında ilk dəfə yaşadığı legioner həyatından, “sarı-göylər”in azarkeşlərindən və “Şəfa” ilə qarşıdakı oyundan danışıb.
“Azarkeşlər mənim potensialımın cəmi 60-70 faizini görüblər. “Kəpəz”in heyətində qol vurmuşam, assist etmişəm, ancaq bundan daha çoxuna qadirəm”, – deyə Akua bildirib.
Müsahibənin tam versiyasını təqdim edirik:
